Norveç qələbəsinə görə futbolçulara böyük mükafat
AFFA DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin Norveç üzərində 1:0 hesablı qələbə qazanan futbolçulara böyük mükafat ayırıb
Futboll.az-ın məlumatına görə, oyuna start heyətdə başlayan hər futbolçuya 50 min manat veriləcək. Oyuna sonradan daxil olan Ramil Şeydayev, Bədavi Hüseynov və Namiq Ələsgərov isə mükafatın 75%-ni alacaq. Bu isə 37500 manat deməkdir.
Ehtiyat oyunçular skamyasında oturmuş, ancaq Norveçlə matçda forma şansı qazanmayıb 9 futbolçunun mükafatı isə 25 min manatdır. Bu isə o deməkdir ki, futbolçular üçün 887500 manatlıq mükafat büdcəsi ayrılıb.
Bu qələbədən seçməmizin baş məşqçisi Robert Prosineçki də öz payını alacaq. Bunu da nəzərə alsaq, deməli, mükafat 1 milyon manatı keçir.