azia.az
azia.az

Dünyanı həyəcanda saxlayan Çinin raket daşıyıcısı düşdü - VİDEO

9-05-2021, 15:46

Dünyanı həyəcanda saxlayan Çinin raket daşıyıcısı düşdü - VİDEO
Çinin CZ-5B raket daşıyıcısının ikinci qolunun dağıntıları Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb.

Azia.az RİA Novosti-yə istinadən xəbər verir ki, raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında - Bakı vaxtı ilə 6.24-də orbitdən endirilib.

Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çinin “Tianhe” baza modulunu orbital stansiyaya çatdırmışdı.

Xatırladaq ki, ABŞ-ın Massaçusets ştatının Kembric Astrofizika Mərkəzinin əməkdaşı Conatan McDouell ötən gün tvitter səhifəsində sözügedən raket daşıyıcının bir sıra ölkələrin adlarını çəkərək, onlardan birinin ərazisinə düşə biləcəyi ilə bağlı iddia səsləndirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi