Bir neçə həftə fərqlə iki dəfə ana oldu - FOTO
Amerikanın Minnesota əyalətinin sakini bir neçə həftə fərqlə iki dəfə ana olub.
Azia.az-ın məlumatına görə, onun qızlarından birini anası daşıyıb.
31 yaşlı Kelsi Pirs sonsuzluqdan əziyyət çəkib. O, son üç ildə uşaq sahibi olmaq üçün çoxsaylı uğursuz cəhdlər edib, bir neçə əməliyyatdan və ekstrakorporal mayalanma prosedurlarından keçib. Ancaq hər şey boşa çıxıb, cütlüyün isə pulu tükənib.
Sonda həkim onlara surroqat ananın xidmətlərindən istifadə etmələrini təklif edib. Lakin Pirs pul çatışmazlığı səbəbindən bunu ödəyə bilməyəcəyini bildirib. Bundan sonra onun anası 53 yaşlı Lisa Razerford nəvəsini daşımaq üçün könüllü olub. Pirs əvvəlcə bu fikirlə razılaşmasa da, amma sonda anasının təkidi ilə razılaşır.
Anceq Razerford əməliyyatdan keçdikdən sonra Pirs özü də hamilə olduğunu öyrənir.
Həkimlər bunu möcüzə adlandırıb.
Ana və qızı hamiləlik dövründə daim əlaqə saxlayıb və bir-birilərinə dəstək olublar.
Razerford nəvəsi Everlini dünyaya gətirəndən bir neçə həftə sonra Pirs də qızı Aavnı dünyaya gətirib.
Hazırda hər iki uşaq sağlamdır. Ana isə hələ də baş verənlərin reallığına inana bilmir və çox yorulduğuna baxmayaraq, xoşbəxt olduğunu etiraf edir.