azia.az
azia.az

Mütəxəssis: "Azərbaycanda bu il quraqlıq olacaq"

13-04-2016, 16:12

Mütəxəssis: "Azərbaycanda bu il quraqlıq olacaq" Son illər Azərbaycanda küləyin sürəti və yağıntıların miqdarı azalıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib ki, ölkədə çoxillik normaya nisbətən küləyin sürətinin və yağıntıların miqdarının azalması davam edir. Onun sözlərinə görə, yağıntıların azalması tendensiyası ilə yanaşı, temperaturun artması müşahidə olunur.
M.Həsənov bildirib ki, bu il də ölkə ərazisində quraqlıq gözlənilir: “Ölkənin müəyyən ərazilərində, xüsusən Kü-Araz ovalığında quraqlıq olacaq. Bu da yağıntıların azalması və temperaturun artması nəticəsində baş verir. Çaylarda suyun səviyyəsinin artıb-azalması ilə bağlı dəqiq məlumat vermək hələki mümkün deyil. Çünki bunu atmosfer yağıntıları ilə bağlamsq bir az tezdir. Çayların suyunun yuxarı axınından daha çox istifadə olunur. Ona görə də suyun açağı aşağı axınında çayların suyu azalır və ya quruyur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi