ABŞ prezidenti Donald Tramp Ağ Evdə ticarət sazişlərinin imzalanması mərasimi zamanı kabineti sənədləri imzalamadan tərk edib.
"Report"un məlumatına görə, bu barədə "The Hill" nəşri Ağ Evin videosuna istinadən məlumat yayıb.
Dövlət başçısını ölkənin vitse-prezidenti Mayk Pens dayandırmağa çalışıb. Amma o, sonda masadan sənəd qovluğunu götürərək başqa bir otağa prezidentin arxasınca gedib.
Qeyd edək ki, adətən, Ağ Evdə imzalanma mərasimi jurnalist və fotoqrafların iştirakı ilə keçirilir.
"The Hill" nəşrinin məlumatına görə, Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Maykl Flinn barədə jurnalistdən sualı eşitdikdən sonra bu addımı atıb.