“İslam Ordusu” 200 min əsgərlə təlimlərə başladı
20 ölkənin üzvü olduğu "İslam Ordusu" 200 min əsgərlə “Kuzey Fırtınası” adı ilə təlimlərə başlayıb. Bu birlikdə Türk Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edir.
Təlimlər Səudiyyə Ərəbistanının şimalında Hafar el Baten bölgəsində keçirilir. Təlimlər əsasən terrorla mübarizəyə yönəldilib.
Bu prosesə 200 min əsgərin, 100 qırıcı təyyarənin və yüzlərlə hərbi texnikanın qatıldığını nəzərə alıb onu Orta Asiyadakı ən böyük hərbi təlim kimi qiymətləndirilər. Ekspertlərin fikrincə bu eyni zamanda İrana və Suriyadakı rejimi dəstəkləyən ölkələrə bir mesaj kimi də dəyərləndirilə bilər.