azia.az
azia.az

Rusiyadan xəbərdarlıq: "Biz getsək, Qarabağda qanlı savaş başlayacaq"

13-04-2016, 09:35

Rusiyadan xəbərdarlıq: "Biz getsək, Qarabağda qanlı savaş başlayacaq" Rusiya baş nazirinin müavini Dmitriy Roqozin deyib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki tərəflərin hər ikisi ilə əməkdaşlıq etməsi qüvvələr balansını qorumağın zəruriliyi ilə bağlıdır.
Roqozin bu gün "Exo Moskvı" radiostansiyasının efirində bildirib ki, Rusiyanın həm Ermənistana, həm də Azərbaycana silah satması məhz bu zərurətdən irəli gəlir.
O qeyd edib ki, bu qüvvələr balansı Dağlıq Qarabağ konfliktinin irimiqyaslı silahlı münaqişəyə çevrilməməsi üçün vacibdir:
"Biz oradan çıxan kimi, Ermənistanla Azərbaycanın hərbi-texniki tərəfdaşı olmağı dayandıran kimi orada "siyasət sahəsində daha məharətli" oğlanlar peyda olacaq. Onlar məhz hücum və zərbə xarakteri daşıyan silahların satışı hesabına orada, bizim sərhədlərimizin yanında nəhəng insan tələfatı ilə müşayiət olunan qanlı müharibə törədəcəklər,"
Dmitriy Roqozinin sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir, Azərbaycansa regionda strateji tərəfdaşdır və Rusiyanın onunla sıx iqtisadi əlaqələri var.
"Təsəvvür edin ki, biz tərəflərdən biri ilə hərbi-texniki əməkdaşlığı dayandırırıq. Orada dərhal amerikalılarla NATO peyda olacaq," deyə Roqozin xəbərdar edib.
Qeyd edək ki, Qarabağdakı son toqquşmadan sonra Ermənistan Rusiya rəhbərliyini Azərbaycana silah satışını dayandırmağa çağırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi