azia.az
azia.az

İran komandosları Trampı və Netanyahunu belə “güllələyir”

29-07-2019, 09:34


İranın “Tasnim” agentliyi bu günlərdə xüsusi təyinatlıların təlimindən fotoreportaj yayıb.
İran komandosları Trampı və Netanyahunu belə “güllələyir”
Virtualaz.org xəbər verir ki, bu təlimlərdə İran komandosları üçün hədəf qismində İsrailin baş naziri Benyamin

Netanyahunun və ABŞ prezidenti Donald Trampın foto-plakatları yer alır. Agentlik bildirir ki, fotolar xüsusi təyinatlıların dəqiq atış təlimi zamanı çəkilib. Bu təlimlər zamanı xüsusi təyinatlılar istənilən situasiyada və istənilən şərtlər altında dəqiq atəş açmaq vərdişlərini mənimsəyirlər. Fotolara əsasən İsrailin baş naziri və ABŞ prezidenti güllələrdən “dəlmə-deşikdir”.
İran komandosları Trampı və Netanyahunu belə “güllələyir”
İranla ABŞ arasında münasibətlər hazırda çox gərgindir, eləcə də İsrail İranla faktiki müharibə vəziyyətindədir və onun Suriyadakı hədəflərinə tez-tez hava zərbələri endirir. İrandan isə vaxtaşırı olaraq İsraili “yer üzündən silmək” hədələri eşidilməkdədir.
İran komandosları Trampı və Netanyahunu belə “güllələyir”
Məsələn, İran parlamentinin rəhbərlərindən biri yerli televiziya ilə bildirib ki, onların ilk raket yaylım atəşindən sonra İsraildən ancaq “tüstülənən xarabalıq” qalacaq. İsraildən isə bu hədəyə cavab olaraq Livanı yer üzündən siləcəkləri haqda xəbərdarlıq ediblər.

İsrail ordusunun cənub hərbi dairəsinin keçmiş baş komandanı, general Yoav Qalant deyib ki, İrandan səslənən bu cür təhdidlərə “tamamilə ciddi” yanaşmaq lazımdır. O, İranın Livanın cənubunda mənzillənmiş “Hizbullah” qruplaşmasının köməyi ilə İsrailə hücum edə biləcəyini deyib.
İran komandosları Trampı və Netanyahunu belə “güllələyir”
“Əgər “Hizbullah” səhvə yol verərsə və İsrailə qarşı təcavüz həyata keçirərsə biz ona və bütün Livan ərazisinə misli görünməmiş gücdə zərbələr endirəcəyik. Mən İsrail müdafiə ordusunun “Hizbullah”a qarşı planını açmaq istəmirəm, amma onu deyə bilərəm ki, bizim zərbələrimiz nəticəsində Livan daş dövrünə qayıdacaq”,-israilli siyasətçi və keçmi hərbçi deyib.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi