azia.az
azia.az

Azercell abunəçilərinin istifadəsinə yeni Aylıq Rominq İnternet Paketini təqdim edir

5-06-2019, 07:45


Azercell abunəçilərinin istifadəsinə yeni Aylıq Rominq İnternet Paketini təqdim edir.
Azercell abunəçilərinin istifadəsinə yeni Aylıq Rominq İnternet Paketini təqdim edir
ıq Azercell abunəçiləri 39.90 AZN ödəməklə 3 GB həcmində Aylıq Rominq İnternet Paketlərindən yararlana biləcəklər.

Qeyd edək ki, Azercell abunəçiləri Günlük 100 MB həcmində Rominq İnternet Paketini 3.90 AZN, 3 günlük 400 MB həcmində Rominq İnternet Paketini 9.90 AZN və 14 günlük 1 GB həcmində Rominq İnternet Paketini 19.90 AZN ödəməklə sifariş edib, gözlənilməz internet xərclərinin qarşısını almaq fürsətindən istifadə edə bilərlər.

Azercell-in Rominq İnternet paketləri dünyanın 53 ölkəsində fəaliyyət göstərən 80 operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ, Çin, Rusiya, Qazaxıstan, Ukrayna, Tacikistan və Moldova kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac duymadan, istənilən şəbəkədə internet xidmətindən istifadə etmək imkanına malikdirlər.

Dünyanı Azercell-in ən sərfəli Rominq İnternet Paketləri ilə səyahət edin! Sizə ən uyğun Rominq İnternet Paketini seçib, bu yay rominqdə Azercell-lə onlayn olun!

Daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsinə daxil olun.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi