Azərbaycanda bağça müəlliməsi uşaqları belə təhqir etdi – VİDEO
Azərbaycanda uşaq bağçasında müəllimin uşaqları təhqir etməsini əks etdirən video yayılıb.
Azia.az xəbər-a istinadən xəbər verir ki, videonu Aynur Şahkərimova adlı xanım sosial şəbəkədə paylaşıb. O video haqda yazıb: “Zığda bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən videoya sıxıb, özü də bilmədən bu dəhşətli, söyüşlü, təhqirli davranış üzə çıxıb. Bir cəza verilibmi?? Bəs necə, cəzasız olarmı??? Xanıma sadəcə töhmət elan edilib.
Biri bu gün “uşaqların hüquqlarının müdafiəsi günü”mü dedi?? Elədirsə, bu videoyla təbrik edirəm, mübarək olsun!”
Məsələylə bağlı mətbuata açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hazırda bağçanın ünvanı ilə bağlı dəqiqləşdirmə aparılır: Bizdə bağçanın nömrəsi də var. Birinci gün bu işlə məşğul olacağıq və aidiyatı orqanlara məlumat verəcəyik”.
Həmin videonu təqdim edirik: