Tribunaya yaxınlaşan zaman Trampa telefon atdılar
ABŞ-ın İndiana ştatında Milli Atıcılıq Assosiasiyasının (NRA) toplantısında çıxış üçün tribunaya qalxan prezident Donald Trampa telefon atıblar.
Azia.az “Fox News”a istinadən xəbər verir ki, hadisənin videosu “Twitter”də yayımlanıb.
Kadrlardan göründüyü kimi, dövlət başçısı tribunaya yaxınlaşır və bu vaxt tamaşaçılardan biri telefonu prezidentə tərəf tullayır. Telefon Trampın bir neçə addımlığında səhnəyə düşür.
Telefonu atmış şəxs saxlanılıb. Poilisdən bildirildiyinə görə, o, sərxoş vəziyyətdə olub. Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.