AZAD RƏHİMOVUN MÜAVİNİ HƏDƏFDƏ- İNTİQAM BABAYEVƏ ŞOK YEYİNTİ İTTİHAMI
“İllər öncə Elnurlu, Ceyhunlu, Fərhadlı, İntiqamlı məlum dəstə bir körpünün üstündə poz verib, hər kəsə meydan oxuyurdular.
Özlərini dövlətin sahibi sayıb, mənim kimi üç-beş haqqı deyən haqqında da əllərindəki imkanlarla min bir iftira yazıb, xalq düşməni, nə bilim pantürkist elan etmişdilər”.
Cahan.info xəbər verir ki, bunu jurnalist Aqil Ələsgər yazıb. O, feysbuk hesabında qeyd edib ki, Elnur düşən kimi, bunlar da qarğa sürüsü tək pərən düşdülər.
“Təbii ki, şəxsi kanalları ilə özlərini qoruyanlar da, daha da güclənənlər də oldu. Məsələn, Fərhad Məmmədov beş il SAM kimi bir qurumun başında qaldı, ancaq burada ən böyük iş İntiqam Babayevə düşdü.
O təkcə özünü qorumadı, həm də Elnur Aslanovun qurduğu gənc fətullahçı ordunu qorudu, ayrı-ayrı qurumlara yönləndirdi, QHT və Gənclər və İdman Nazirliyinin qanunsuz tenderləri ilə bəslədi, böyük toplantıların onlara əmanət edilməsini təşkil etdi”- A.Ələsgər yazır.
O, əlavə edir ki, bu gün İntiqam Babayev çox güclüdür: “Çünki nazir müavinidir. Ancaq Elnur Aslanov da güclü idi. Səfirlərə, nazirlərə zəng edib, təlimat verəcək qədər güclü idi. Nə oldu?
Sonda Haqq mütləq qalib gəlir. Biz görsək də, görməsək də İsrafilin suru İntiqam üçün də bir gün çalınacaq. Fəqət biz deyirik ki, gec olmadan araşdırılsın.
Gənclər və İdman Nazirliyinin SAM kimi mənasız proyektlərə yüz minlər silinməsinin arxasında İntiqamın rolu varmı, yoxmu araşdırılsın.
Eyni QHT-lərin mənasız proyektlərinə nə üçün yüz minlər ayrılıb? Dövlət orqanlarının strukturunu optimallaşdırmaq çox müsbət qərardır. Boş qurumların ləğvi fövqəladə bir addımdır.
Ancaq bununla kifayətlənilməməli, korrupsiya iddialarının da araşdırılması lazımdır ki, xaricdə qurulan “Payzakat”lara axan kanal qurudulsun.
Qısacası, boş qurumların ləğviylə yanaşı Gənclər və İdman Nazirliyinin çox ciddi bir “chek up”a ehtiyacı var xüsusilə intiqamlı bölümlərin...”
Cahan.info mediaya istinadla xəbər verir ki, Fətullah Gülənin rəsmi saytında "Dialoq Avrasiya Platforması" ilə bağlı yerləşdirilmiş xəbərlərdə gənclər və idman nazirinin müavini İntiqam Babayevin də adı hallanır.
Ancaq nazirliyin mətbuat xidməti bildirir ki, İntiqam Babayev qurumun tədbirlərində iştirak etsə də, təşkilatın rəsmi üzvü deyil.
İ.Babayevin gülənçi şəbəkəyə aid edilməsi azmış kimi, A.Ələsgərovun yazısından belə çıxır ki, nazirlik SAM-la birgə mənasız layihələr həyata keçirərək külli miqdarda vəsaitlər mənimsəyib.
SAM-ın ləğvi və sədri Fərhad Məmmədovun FƏTO ilə əlaqələrinin yenidən gündəmə gəlməsi ümumilikdə bu şəbəkənin fəaliyyətini aktuallaşdırıb.
Bu çetedə isə nazir Azad Rəhimovun müavini İntiqam Babayevin uzun illərdir ki, adı keçir və A.Ələsgərin deməyindən belə aydın olur ki, nazirliyin SAM-la maxinasiyaları İ.Babayevin əli ilə reallaşıb.
O baxımdan, SAM-ın və qurumun rəhbərinin aqibətinin hələ 2014-cü ilin martında, Aslanovun taleyi ilə eyni vaxtda həll ediləcəyi də gözlənilirdi.
Ancaq görünür, ölkə rəhbərliyi Aslanovun ifşasından sonra vaxtilə onun sağ-solunda yer tutanlara islah olunmaq şansı tanımağı lazım bilib.
Hər halda, ideoliji patronunun “vurulmasından” sonra Məmmədovun daha 5 il öz postunda qalmasına başqa ad vermək çətindir.
Lakin məsələ bunda yox, Məmmədovun ona tanınan şansı necə dəyərləndirməsindədir. 5 il bir səlahiyyət sahibi üçün kifayət qədər böyük müddətdir. Görünən budur ki, SAM rəhbərliyi işində dönüş yaratmaq əvəzinə, “fəaliyyət imitasiyası” ilə məşğul olub.
Gənclər və İdman Nazirliyinin rəhbər şəxslərinin adı bu vaxta kimi müxtəlif səpkili neqativ məlumatlarda hallandırılıb.
Amma diqqət çəkən əsas məqam ondan ibarətdir ki, nazir Azad Rəhimovun müavini İntiqam Babayev hər dəfə hansısa vasitələrə baş vuraraq problemli işlərdən özünü kənarda saxlamağı bacarır.
Bu o demək deyil ki, nazir müavini şəffaf işləyir və buna görə adı tənqid olunan məmurların sırasında çəkilmir.
Mediada yayılmış məlumatlara görə, nazirliyin yerli idarələrinə rəis və digər ştatlar üzrə təyinat məsələsinə birbaşa İntiqam Babayev nəzarət edir.
Yerli gənclər və idman idarələrində rəhbər vəzifələrdə çalışmaq istəyən şəxslər ilk növbədə Babayevin qəbulundan keçməlidir. O həmin adamları lazım olan qaydada «maarifləndirib» bəzi «prosedur»ları başa salır.
Təbii ki, onun bu işdən əldə etdiyi gəlirlərdən nazirə də pay çatır. Bundan başqa, yerli idarələrə lazım olan avadanlıqlar, həmçinin cari təmir işləri ilə bağlı olan tender məsələlərini də İntiqam Babayev həll edir.
Deyilənə görə, nazir müavini təmir-tikinti layihələri nəticəsində hər il külli miqdarda xeyir götürür.
Və həmin vəsaitlərlə özünə Bakıda və ölkədən kənarda biznes şəbəkəsi yaratmağı bacarıb. Deyilənə görə, nazir müavini maliyyə yatırımlarını əsasən Türkiyəyə edir.
Onun bu ölkədə bir neçə hotelinin olduğu yayılan məlumatlar arasındadır». İntiqam Babayevlə bağlı əsas məqamlardan biri də onun «nurçu»larla əlaqələri haqdadır.
Redaksiya olaraq qarşı tərəfin səslənən ittihamıara münasibətini öyrənməyə çalışdır. Təəssüf ki, sözü ggedən qurumdan məsələyə münasibət bildirmədilər.
Qarşı tərəfin və nazirliyin mövqeyini dərc etməyə hazırıq.
Cahan.info