azia.az
azia.az

CAVİD QURBANOV MİLYONLARI OFŞORA BU YOLLA ÖTÜRÜB – Baş dəmiryolçu haqda SENSASİON FAKT / FOTOLAR

14-08-2020, 10:34

CAVİD QURBANOV MİLYONLARI OFŞORA BU YOLLA ÖTÜRÜB – Baş dəmiryolçu haqda SENSASİON FAKT / FOTOLAR
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini məlum “Panama Papers” qalmaqalı ilə nə bağlayıb?

Noyabrın əvvəlində Azərbaycan mətbuatında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun “TOPAZ”ın səhmlərinin 51 faizinə 38 milyon manat ödədiyi haqda informasiya yayıldı. Bildirildi ki, 8 ilə yaxındır Azərbaycanın idman mərc oyunlarının təşkilinə investisiya yatıran “Turkcell” şirkəti “Azerinteltek”dəki payını “Baltech Investment LLC”-yə satıb. Hansı ki, bu haqda ilk olaraq Türkiyənin nüfuzlu haberler.com portalı oktyabrın 30-da “Turkcell” şirkətinə istinadən açıqlama verdi…

Xatırladaq ki, məlum alqı-satqı anlaşmasınadək “TOPAZ”ın səhmlərinin 51 faizi “Turkcell” şirkətinə, 24,5 “Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova (“Lider” şirkətinə) məxsus olub.
CAVİD QURBANOV MİLYONLARI OFŞORA BU YOLLA ÖTÜRÜB – Baş dəmiryolçu haqda SENSASİON FAKT / FOTOLAR
Mətbuatda isə “Baltech Investment LLC”-nin sahibinin əslində Azərbaycan məmurlarından biri, məhz Cavid Qurbanov olduğu vurğulandı. İddia olundu ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb: “Belə anlaşılır ki, Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun “Baltech Investment LLC” vasitəsilə “Turkcell”ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb. Beləlikə də C.Qurbanov Azərbaycanın “qumar karlı” olmaq iddiasını gerçəkləşdirə bilib”.

Bu günlərdə Suveren.az mətbuatda dərc olunan məlum informasiya əsasında araşdırma apararaq, daha ciddi və sensasion faktlar əldə edib. Bu yazımızda oxucularımızı həmin faktlarla tanış edəcəyik.

Suveren.az-ın əldə etdiyi məlumata görə, “Baltech Investment LLC” şirkətinin qeyri-rəsmi sahibi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanovdur. Təbii ki, bunu rəsmi sənədlərlə təsdiq etmək mümkün deyil. Amma əlimizdə elə ciddi sənədlər var ki, həmin faktlarla tanış olan kimsə bu şirkətin – “Baltech Investment LLC”-nin C.Qurbanova məxsus olduğunu inkar edə bilməz.

Hələlik onu qeyd edək ki, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi Türkiyə vətəndaşı Bülent Karanidir. Bu isim Azərbaycan oxucusuna, eləcə də inşaat sektorunda çalışan insanlara tanışdır. Çünki B.Karani 2012-ci ilədək “Azərinşaatservis” MMC-nin rəhbəri olub. “Beynəlxalq Bank işi”ndə adı keçən və Azərbaycan dövlətinin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan Bülent Karani 6 ildən çoxdur ki, ölkəmizdə axtarışdadır. Onun hələ “Azərinşaatservis” MMC-yə rəhbərlik etdiyi illərdən Cavid Qurbanovla biznes ortaqlığı olduğu deyilirdi. İddia olunurdu ki, məhz ikincinin hesabına dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətində podratçı kimi Karaninin rəhbərlik etdiyi şirkət çıxış edib. Lakin 2012-ci ildə şirkətin rəhbəri, Türkiyə vətəndaşı olan Bülent Karani müəmmalı şəkildə gecə ikən Azərbaycandan qaçıb…

“Beynəlxalq Bank işi”ni araşdırdıqda məlum olur ki, Bülent Karaninin rəhbərliyi dönəmində “Azərinşaatservis” MMC bu bankdan ən azı 250 milyon manat kredit götürüb. Bu vəsaitin geri qaytarılıb-qaytarılmadığı bəlli deyil. Lakin məhkəmədə “Azərinşaatservis”in “Azərbaycanda yol tikintisi ilə məşğul olan ən böyük şirkətlərdən biri” olduğunu ifadə edən Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də bu şirkətə 250 milyon manat kredit verildiyini təsdiqləyib.

Ən maraqlısı isə odur ki, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbərinin adı 2012-ci ildə bütün dünyanın gündəmini dəyişən “Panama Papers” sənədlərində də öz əksini tapıb. Hansı ki, hələ də bir çox xarici saytlarda Bülent Karaninin ofşor zonalara milyonlarla dollar çıxarmasından bəhs edən faktlar qalmaqdadır. Təbii ki, B.Karani bu pulları “Azərinşaatservis” MMC-nin rəhbəri kimi deyil, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi olaraq Azərbaycandan çıxarmaqda ittiham olunur.

CAVİD QURBANOV MİLYONLARI OFŞORA BU YOLLA ÖTÜRÜB – Baş dəmiryolçu haqda SENSASİON FAKT / FOTOLAR

Yeri gəlmişkən, görünür, “Baltech Investment LLC” şirlkəti vaxtilə (bəlkə, elə indi də – müəl.) çirkli pulların yuyulması ilə məşğul olduğundan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri də bu şirkətlə ortaqlığını, daha dəqiq desək, həmin şirkətin qeyri-rəsmi sahibi olduğunu inkar etməkdədir.

Əlbttə, Cavid Qurbanovun Bülent Karani ilə biznes ortağı olduğunu inkar etməsi başadüşüləndir. Hətta deyə bilər ki, B.Karani “Azərinşaatservis” MMC-yə rəhbərlik etdiyi dönəmdə nəqliyyat sahəsinin şefi o deyil, Ziya Məmmədov olub, 2012-ci ildə Azərbaycandan qaçan iş adamı da sabiq nazirə bağlı olub. Necə ki, vaxtilə bəzi saytlar da məqsədli şəkildə Bülent Karanini Ziya Məmmədovun biznes ortağı kimi təqdim edirdilər. Amma bu gün Z.Məmmədov heç bir vəzifə daşımır və keçmiş rəsmi və qeyri-rəsmi imtiyazları əlindən alınıb. Bəs o halda Azərbaycan dövlətinin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan, konkret olaraq “Beynəlxalq Bank işi”ndə adı keçən və barəsində axtarış elan edilən Bülent Karani ölkəmizə sərbəst çəkildə necə gəlib-gedir?! Üstəlik, axı o, oktaybr ayında – “Türkcell” şirkətinin “Azerinteltek”dəki 51 faizlik səhmini satışa çıxardığı ərəfədə Azərbaycanda Ziya Məmmədovla görüşə gəlməmişdi…/adekvat.az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi