Azərbaycan hərbçisi ilə bağlı İrəvandan YENİ QƏRAR – Paşinyan detalları açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan sərhədi keçərək Şəki kəndinə daxil olan Azərbaycan hərbçisinin cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcəyini bildirib.
Xəbər verilir ki, Paşinyan bunu hökumət saatında “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorkyanın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.
Paşinyan bildirib ki, Azərbaycan hərbçisinin yaraladığı kənd sakini Ani Avetyan polisi gözləsəydi, baş verənlərin heç biri yaşanmazdı.
Baş nazirin sözlərinə görə, hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıblar. Onlar evdə yad adam gördükdən sonra bu barədə analarına məlumat veriblər. Qadın polisə zəng etsə də, özü hadisə yerinə getmək qərarına gəlib və ora polis əməkdaşlarından əvvəl çatıb./Musavat.com