“Azərişıq”ın məsuliyyətsizliyi 28 yaşlı gəncin ölümünə səbəb oldu
“Azərişıq”ın məsuliyyətsizliyi 28 yaşlı gəncin ölümünə səbəb oldu.
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Həsənriz kəndində qeydə alınıb.
Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Raqif Allahyar oğlu Mütəllimov Həsənriz kəndində elektrik xətti çəkərkən cərəyanın vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şahidlərin məlumatına görə, “Azərişıq”ın yarıtmaz və qeyri peşəkar fəaliyyətinin nəticəsində bu faciə yaşanıb. Hadisənin bütün təfərrüatlarının araşdırılması və məsul şəxslərin, xüsusilə qurum sədrinin bu faciədə məsuliyyətinin olub olmadığının hüquqi müstəvidə müəyyənləşdirilməsi vacibdir.
28 yaşlı bir insanın həyatına son qoyan hadisənin səbəbləri, təhlükəsizlik qaydalarına əməl olunub olunmaması və elektrik xəttində aparılan işlərə nəzarətin necə təşkil edildiyi açıq şəkildə araşdırılmalıdır.
KİV haqqında qanunun tələblərinə uyğun olaraq qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, təəssüüflər olsun ki, buna nail ola bilmədik. Sözügüdən qurumun rəsmi mövqeyini dərc etməyə hazırıq.