DGK-nin Mərkəzi Hospitalının 2 milyonluq tenderi ləğv edildi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən əməliyyatxana sərf materiallarının satın alınması məqsədilə elan edilən irimiqyaslı tenderin nəticəsiz qaldığı məlum olub.
32gun.az yazır ki, ehtimal olunan qiyməti 1 milyon 970 min 934 manat təşkil edən satınalma prosedurunun ləğv edilməsinə səbəb kimi qanunvericiliklə tələb olunan yetərsay prinsipi göstərilib.
Belə ki, müsabiqədə iştirak etmək üçün təklif və təminat təqdim edən, həmçinin müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tender "Dövlət satınalmaları haqqında" qanunun 36.1.1-ci maddəsinə əsasən dayandırılıb.
Ayaz