azia.az
azia.az

Deputat Ceyhun Məmmədov telefondan asılılığa görə böyük toplantı təklif etdi

Bu gün, 17:10

Deputat Ceyhun Məmmədov telefondan asılılığa görə böyük toplantı təklif etdi: "Təəssüflə qeyd etmək lazımdır ki, getdikcə uşaq və yeniyetmələrin ekran və virtual mühitə aludəçiliyi, rəqəmsal mühitin onların psixoloji durumuna mənfi təsiri halları getdikcə daha da artır. Bu da öz növbəsində ümumilikdə təlim və tərbiyə prosesinə çox ciddi təsir edir. Bu gün dünya ölkələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri də təhsil, tərbiyə və texnologiya arasında balansın qorunmasıdır".

Xəbər verilir ki, bunu deputat Ceyhun Məmmədov parlamentdə çıxışı zamanı deyib. 

O deyib ki, bu reallıqları nəzərə alaraq bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif qanunlar və normalar qəbul etməyə başlayıblar.
"Gözlənən odur ki, bu prosesə getdikcə daha çox ölkə qoşulacaq. Bu da bir reallıqdır ki, yalnız qanunun qəbulu yetərli deyil, buna paralel olaraq həm dövlət qurumları həm də qeyri-hökumət təşkilatları tərəfindən geniş maarifləndirmə və təbliğat işləri də aparılmalıdır", - o vurğulayıb. 

Deputat təklif edib ki, məsələlərin aktuallığı nəzərə alınaraq bu sahədə ölkəmizdə də hüquqi tənzimlənmə yolları müzakirə olunsun, eyni zamanda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli Məclisdə də dinləmə təşkil edilsin.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi