azia.az
azia.az

“Ata Abdullayev amnistiyaya düşmür” - Vəkilindən açıqlama

Bu gün, 18:24

Müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs edilmiş bloqer Ata Abdullayevin də Amnistiya aktının təsirinə düşməsi və azadlığa buraxılacağı ilə bağlı məlumatlar yayılıb.


Xəbər verilir ki, məhkumun vəkili Telman Abdıyev “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, Ata Abdullayevin Amnistiya aktına əsasən azadlığa buraxılması mümkün deyil:

“Mediada yayılan məlumatlar həqiqəti əks etdirmir. Ata Abdullayev ağır cinayət törətməkdə təqsirli bilinib. Onun ittiham olunduğu maddələr-182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) Amnistiya aktının təsiri altına düşmür”.

Vəkilin sözlərinə görə, Ata Abdullayev artıq cəzasının 2/3 hissəsini çəkib: “Mart ayında onun çəkilməmiş cəzasından şərti olaraq azad edilməsi üçün yerli məhkəməyə müraciət edəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi