azia.az
azia.az

Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib

20-12-2025, 15:21


 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisiVladankaAndreyevanı qəbul edib.

Görüş çərçivəsində Ombudsman BMT-nin nizamnamə və müqavilə qurumları ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələrini məmnunluqla  xatırladaraq,bu əlaqələrin insan hüquqlarının təbliği və təşviqi, hüquq mədəniyyətinin inkişaf etdirilməsisahəsinə böyük töhfə verdiyini vurğulayıb.

Müvəkkilötən dövr ərzində Azərbaycan Ombudsmanının BMT və onun ixtisaslaşmış qurumları ilə birgə həyata keçirilmiş layihələrin, hər il Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar təşkil edilən müsabiqə və tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.

Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan rezident əlaqələndiriciyəAzərbaycandakı fəaliyyəti dövründə insan hüquqları sahəsində göstərdiyi faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar diləyib.

VladankaAndreyevaqəbula görə Səbinə Əliyevaya öz təşəkkürünü bildirib,Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək dəyərləndirib, birgə əməkdaşlıqdan məmnun olduğunu söyləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi