azia.az
azia.az

22 sistern VAQON "Aİ-95" markalı benzin ERMƏNİSTANA KEÇİR-AÇIQLAMA

19-12-2025, 16:54

Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir.

Azia.az  Report.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda Ermənistan-Gürcüstan sərhədində yerləşən Ayrum dəmir yolu stansiyasından Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu üzrə daşınan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir.

G. Papoyan qeyd edib ki, bu hadisə təkcə sülh razılaşmasından sonra Ermənistan və Azərbaycan arasında reallaşan ilk ticarət-iqtisadi əməliyyat deyil, həm də Ermənistanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında həyata keçirilən ilk belə razılaşma ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi