azia.az
azia.az

Rusiya ordusunda döyüşən azərbaycanlı kapitan öldü

13-12-2025, 16:00

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.
"44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub.
Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra Rusiyaya getmiş, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edirdi", - T.Şahmuradov bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi