Jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Konstitusiya və Suverenlik medianın gözü ilə” mövzusunda elan edilmiş ənənəvi Jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.![]()
![]()
Müsabiqəyə təqdim olunmuş jurnalist yazılarının ədalətli və peşəkar qiymətləndirilməsi (yazıların plagiat olub olmamasının, yazı sahiblərinin mövzu üzrə biliklərinin yoxlanılması) məqsədilə məqalələrə Ombudsman Aparatının və Mətbuat Şurasının ekspertləri tərəfindən rəy verilib.![]()
Belə ki, müsabiqədə “Report” İnformasiya Agentliyinin müxbiri Şəfiqə Nazimqızı 1-ci yerə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Siyasi və rəsmi xəbərlər redaksiyasının redaktoru Hikmət Əhmədov və “İki sahil” qəzetinin müxbiri Yaqut Aslanova 2-ci yerə, “Azvision.az” saytının müxbiri İlkin Nəcəfzadə və “Minval.az” saytının müxbiri Zarina Orucəliyeva 3-cü yerə layiq görülüb. “AZİA.az” bloqunun rəhbəri Subut Mehdiyev və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Göyçək Mahmudluya isə həvəsləndirici mükafatlar təqdim edilib.