"Olympus" MTK binanı niyə təhvil vermir? - Sakinlər istiliyə görə binanın həyətində ocaq qaladılar/VİDEO
Baku TV-nin "qaynar xətti"nə müraciət edən Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin "Olympus" MTK-dan narazılıqlarını bildirib.
Şikayətçilərin sözlərinə görə, istifadəyə 3 il əvvəl verilməli olan bina hələ də tam şəkildə onlara təhvil verilməyib.
Sakinlərdən biri vəziyyəti belə təsvir edib:
"Binanın həyəti bərbad vəziyyətdədir. Qaz, işıq yoxdur".
Başqa bir vətəndaş isə soyuqdan əziyyət çəkdiklərini deyib:
"Elə soyuq olur ki, uşaqları iki yorğanla yatırırıq".
Sözügedən MTK-nın direktor müavini Ceyhun Bədəlov şikayətlərə belə cavab verib:
"Elektrik xətləri bu həftə ərzində düzəldiləcək. Dekabrın 15-nə kimi isə qaz veriləcək".