azia.az
azia.az

Rusiya İrana növbəti hərbi-texnika partiyasını çatdırıb

Bu gün, 10:29

İran yüksək riskli ərazilərdə patrul, kəşfiyyat və şəxsi heyətin daşınması üçün nəzərdə tutulmuş Rusiyanın AMN-59095S-15 “Spartak” zirehli maşınlarının daha bir partiyasını alıb. 

Ölkə.az  Rusiyanın Birinci Kanalına istinadən  xəbər verir ki, ilk partiyanın təhvil verilməsi  2025-ci ilin fevralında baş tutub.

Verilən məlumata görə, yeni partiyaya ən azı 20 zirehli maşın daxildir. “Spartak” avtomobilləri üçün müqavilə 2023-cü ildə imzalanıb və avtomobillərin üç il ərzində mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur.

“Spartak” zirehli maşınları mərkəzi təkər doldurma sistemi, kondisioner, radiasiya və kimyəvi müdafiə ilə təchiz olunub və 7,62 mm-lik PKT pulemyotu, 12,7 mm-lik “Kord” pulemyotu və ya 30 mm-lik avtomatik qumbaraatanla silahlana bilər. İxrac versiyası olan AMN-59095S-15 təkmilləşdirilləşdirilərək İranın iqlim və taktiki tələblərinə uyğunlaşdırılıb.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi