Novella Cəfəroğlu: "Bu ilə qədər Konfederasiyanın varlığını görmürdük, gözləyirik ki, qurum güclənsin.."
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK-red) olması vacibdir. Bundan sonra nə olacaq-olmayacaq, bilmirəm, amma istəyirəm ki, Azərbaycanda güclü Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyət göstərsin. Bu ilə qədər Konfederasiyanın varlığını görmürdük. Həmkarları tanıyırdıq? Bəlkə, işləyənlər görüblər, amma biz görməmişik. İşləməklərini, fəhlələrə köməklik göstərmələrini... Şəxsən bizə məktublar gəlirdi ki, Konfederasiya köməklik etmir. Halbuki hər bir müəssisədə Həmkarlar Təşkilatı olmalıdır. Rəhbərlik dəyişib, gözləyirik ki, Təşkilat güclənsin, söz deyən bir qurum olsun”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
“Əvvəlki illərdə Konfederasiya barədə heç nə eşitməmişik axı. Bəs siz jurnalistlər Həmkarların səsini harada eşitmisiniz? Vətəndaşlara deyirdik ki, get Konfederasiyaya, deyirdilər ki, Konfederasiya var ki, gedək? Normal Konfederasiya olmalıdır”, - o bildirib.
Qeyd: Səttar Möhbalıyev AHİK-in sədri vəzifəsindən istefa verdikdən sonra həmin vəzifəyə Sahib Məmmədov seçilib.
Aytəkin Qardaşova