"Hər iki valideynin uşaqlar üzərində hüquqları və öhdəlikləri eynidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov boşanma hallarından sonra ata, yaxud ananın övladının fotosunu qarşı tərəfin icazəsi olmadan sosial şəbəkədə paylaşması ilə bağlı halların qanunu tərəflərindən danışarkən deyib.
Səməd Vəkilov bildirib ki, qanunun tələblərinə görə, yalnız uşağın xarici ölkəyə getməsi zamanı onun digər valideynindən razılıq tələb olunur:
"Ancaq foto şəkilini paylaşmaqda heç bir hüquq pozuntusu yoxdur”.
Vəkil Əkrəm Həsənov isə deyib ki, Azərbaycan qanunvericiliyi uşağın fotollarının yayılmasını qadağan etmir:
"Bildiyim qədər Rusiyada belə qadağalar var. Bizdə isə qadağa deyil, ata və ananın uşaq üzərində hüquqları bərabərdir. Paylaşılan şəkil uşağın mənafeyinə zidd deyilsə, təhqiredici, aşağılayıcı deyilsə heç bir bir məhdudiyyət yoxdur. Ata da, ana da uşağın fotolarını yaya bilər”.
Bahar Rüstəmli