azia.az
azia.az

“Qərardad”la “qətnamə”ni ayıra bilməyənlər necə hakim, vəkil ediliblər?

14-06-2024, 14:35

Müəllimlər hakimlərin, vəkillərin yanında “test toyu”na getməlidirlər”

Son günlərin gündəmini müəllimlərin sertifikasiyası, testdən keçə bilməmələri zəbt edib. Bəs o biri ixtisas sahələri? Bəyəm digər sahələrdə hər şey normaldır, niyə yalnız ən aşağı təminatlı müəllimlər “utanc məhkəməsi”nə çəkilir? Elə məhkəmələri götürək, hüququn eldə deyildiyi kimi, “a”nan “t”ısını qanmayanlar necə hüquqşunas, vəkil, hakim olurlar ? Bunlar necə testdən keçirlər? Bir hakim, vəkil “qərardad”la “qətnamə”ni seçə bilmirsə, ayrıntısını qanmırsa, necə hüquq müdafiə edə, insan taleyini çözə bilər?

VK-nın intizam Komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilov həm də DİN-dən aylıq əməkhaqqı alır. Bunu mən demirəm, VK-nın vəzifəli şəxsi özü deyir, məhkəmələrə özünü DİN-in vəkili və nümayəndəsi kimi təqdim edir. Halbuki vəkil dövlət orqanının nümayəndəsi ola bilməz, dövlət orqanının nümayəndəsi isə vəkil ola bilməz. Heç bir məhkəmə də indiyədək vəkil Əlirza Həbilovun, eləcə də onun DİN-in adından məhkəməyə göndərdiyi Orxan Babayev kimi vəkillərin dövlət, ittiham-istintaq orqanının vəkili və nümayəndəsi kimi işlərə çıxmasına, daha düzü, məhkəmələrlə qeyri-prosessual münasibətə girməsinə hüquq qiyməti verməyib, heç onun nümayəndəliyini təsdiq edən etibarnaməsini, müqaviləsini də yoxlamayıb. İndi hakimlər savadsızdır, yoxsa vəkillər? Bu savadla testdən, sertifikasiyadan necə keçirlər? “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin IV bəndini bir daha diqqətə çatdırırıq: “Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları VƏZİFƏDƏN AZAD EDİLDİKDƏN və bu Qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən SONRA VƏKİLLİK FƏALİYYƏTİ ilə məşğul ola bilərlər. Vəkil DÖVLƏT QULLUĞUNA qəbul edildikdə onun VƏKİLLİK FƏALİYYƏTİ DÖVLƏT QULLUĞUNDAN AZAD OLUNANADƏK DAYANDIRILIR”. Bəs Əlirza Həbilov, Orxan Babayev necə həm vəkillik fəaliyyəti ilə məşğul olurlar, həm də dövlət orqanında, özü də ittiham-istintaq orqanı olan DİN-də qulluq edirlər? Hələ VK-nın 39 saylı vəkil bürosunu demirik. Bu büro tam heyətlə dövlət orqanının – ƏƏSMN tabeliyində DSMF-in tərkibində dövlət qulluğunda necə fəaliyyət göstərir? Məhkəmələr bunları hüquqverici sənəd olmadan DSMF-in Filialı kimi necə işə buraxır? Məhkəmələrin də savadsızlığı üzə çıxmırmı? Bu savadsızlıq nədən qaynaqlanır?

Məhkəmə hakimlərinin testdən necə keçməsi , neçəyə keçməsi niyə heç kimi ilgiləndirmir? Savadsızlığa , cinayətkar saxtalığa baxın, VK-nın vəzifəli şəxsi Əlirza Həbilov DİN-in “vəkili və nümayəndəsi” qismində Şəki İİM hakimi İlqar Cabbarovun adından 15.02.2019 tarixli saxta iddianın mümkün sayılmaması haqqında qərardad tərtib etdirib və bu qərardadı 6-cı ildir bütün məhkəmə instansiyalarında qanuni qüvvəyə minmiş QƏTNAMƏ , PREYUDİSİAL AKT , KONSTİTUSİYA AKTI kimi tətbiq etdirir. Bəyəm bu yekəlikdə məhkəmə- hüquq sistemi bilmir ki, iddianın mümkün sayılmaması haqqında QƏRARDAD işə mahiyyəti, MÜBAHİSƏ PREDMETİ üzrə baxılan QƏTNAMƏ, QƏRAR deyil? Bunu bilmirlirsə, necə hakimlik edirlər? Bakı İnzibati Məhkəməsinin ( Elvin Əliyev, Orxan Həsənov, Bəhlul Cəlalov), Bakı Apellyasiya Məhkəməsinin ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov, Aytən Oruczadə və b.(siyahı uzundur) rüşvətdən, qərəzdən savadsız hakimlərini bir yana qoyaq, bu yekəlikdə Ali Məhkəmənin hakimlərinə nə gəlib? Səyyad Kərimov, Rahib Nəbizadə, Kəmaləddin Bədəlov, İlqar Hüseynov, Nigar Rəsulbəyova ...(siyahı uzundur) QƏRARDADla QƏTNAMƏnin ayrıntısını bilmirlər? Səyyad Kərimov belə savadla necə 30 il MM Aparatının inzibati və hərbi şöbəsində məsul vəzifə tutub?

15.02.2019-cu il tarixli iddianın mümkün sayılmaması haqqında qərardad iddiaya inzibati məhkəmə icraatında baxılmasına şərtlərin mövcud olmadığı ilə əsaslandırılıb. Yəni hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə ümumi məhkəmələrin baxması şərt kimi irəli sürülüb. Nərimanov məhkəməsinin hakimi Ramin Quliyev isə bu qərardadı hüquqi faktın müəyyən edilməsi haqqında mülki işdə qanuni qüvvəyə minmiş QƏTNAMƏ – PREYUDİSİAL AKT kimi qəbul edib.

Nizami məhkəməsinin hakimi Ülkər Yusifova bilmir ki, qərardaddan şikayət vermə qaydası MPM-in 267-269 maddələri ilə tənzimlənir? 7 günə apellyasiya instansiyasına göndərməyə borclu olduğu şikayəti 10 aydır göndərməkdən imtina edir!(?) Bu xanım hansı savadla hakim təyin edilib? Rüstəm Kərimli özünün ləğv olunan işini icraatına götürüb, sistemdən tamam silib. Bu hakim hansı rüşvətlə, rüşvətdən savadsızlıqla Şəki İM-ə sədr təyin edilib? Şərafət Məmmədova 8 ildir qəbul etdiyi 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı qərarın icrasını təmin etmir, 9 ildir 06.05.2015 tarixli Bakı Apellyasiya Məhkəməsinin ləğv etdiyi qərardadını gizlədir, bu rüşvət hakimi necə Bakı Apellyasiya Məhkəməsinə “yüksəldilib” və indi də qərəzindən ək çəkmir? Qərəzə baxın, Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov üçlüyü (9 dəfə!) kassasiya şikayəti verməyə vəkil ayrılmasını HÜQUQDAN SUİ-İSTİFADƏ kimi aktlaşdırıb və bu VƏKİLDƏN İMTİNA QƏRARDADını Ali Məhkəmə ( İlqar Hüseynov, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlov, Səyyad Kərimov, Rahib Nəbizadə..(siyahı uzundur) PREYUDİSİAL AKT, KONSTİTUSİYA AKTI kimi qəbul ediblər.(?)

Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva 01.04.2023-cü ildən borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının icrasını özbaşına dayandırdığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icrasını 6 ay tələb edib, 6 aydan sonra borclunun rüşvət cavabını Konstitusiya aktı kimi qəbul edərək bildirib ki, bəs tələbkarın xəbəri yoxdur, 15.07.2017 tarixli qərar icra olunub. (?) Qərarın tarixinin 05 iyul əvəzinə 15 iyul göstərilməsinin özü məhkəmənin borclunun rüşvətilə özbaşınalıq etdiyini göstərir, icranın təmin edilməməsi bir yana dursun. Di gəl, Günel Sevdimalıyeva tələbkarın ali dövlət hakimiyyəti orqanlarına şikayətinə cavab olaraq 1-ci dərəcəli Qarabağ qazisinə MƏHKƏMƏYƏ ƏRİZƏ VERMƏYİ QADAĞAN edib, əks halda baxılmayacağını 15.04.2024 tarixli məktubla bildirib.(?) Günel Sevdimalıyeva hansı savadla hakim təyin edilib? Bu hakimin İPM-dən, MPM-dən , Konstitusiyadan belə xəbəri yoxdur, necə insan taleyini çözə bilər?

Müəllimləri qınamaqla iş bitmir, bəs bu hakimlər, vəkillər, Ombudsman ( Aparatı), deputatlar? Hüquq olmayan ölkədə hansı hüquq və azadlıqlar yerində ola bilər ki?

...Ali Məhkəmə Aparatı PA-dan gələn 05.07.2017 tarixli məhkəmə qərarının icra olunmaması haqqında şikayətə Günel Sevdimalıyevanın verdiyi cavabı təkrar edib:” Müəyyən edilmişdir ( kim, nə vaxt, harada- M. B.) ki, 15.07.2017 tarixli qərar icra olunub. (?) Lap ünlü filmdəki kimidir, heç demə, tələbkarın xəbəri yoxmuş, nə 14 aydır pensiyasından məhkəmə qərarı ilə verilən 110 manat kəsilib, nə aylıq 155 manat. Belə hüquqla hansı sosial təminatdan danışmaq olar?

Məğrur Bədəlsoy

Paralel.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi