Nərimanov rayonu, Təbriz 13 ünvanında yaşayan sakinlər SİPARK şirkətinin təsisçisi Seymur və Samir İsayevlərdən, Taleh Abbasovdan, habelə, Nərimanov rayon icra başçısı Elgün Həbibullayev və Abşeron rayon icra başçısı Abdin Fərzəliyevdən şikayətçidirlər. 20 ay müddətinə pilot layihə əsasında vətəndaşları yeni mənzillə təmin etməyi və bu müddət ərzində onlara kirayə pulunu ödəmək öhdəliyini yerinə yetirməyən şirkət vətəndaşların qarşısına qoçu dəstələri ilə çıxır. Vətəndaşların dediyinə görə 20-yə yaxın şəxs bu şirkətin onları get-gələ salması nəticəsində ürəyi partlayıb, içərisində bu dərdə dözməyib ölən də var, ürəyi açıq əməliyyat olan da, ürəyinə stend qoyulan da...Çünki 20 ay öhdəlik götürən bu fırıldaqçı şirkət insanlara nə kirayə pulu verir, nə də onları 8 ildir ki yeni mənzillərinə köçürür.
Bu barədə Bakı meri Eldar Əzizovun da, onun kadrı-Nərimanovun icra başçısı Elgün Həbibullayevin və Nərimanovun keçmiş, Abşeronun indiki icra başçısı olan Abdin Fərzəliyevin də məlumatı var. Sakinlərin dediyinə görə bu işdə günahkarlardan biri və birincisi də Abdin Fərzəliyevdir. Çünki adı qadın qalmaqallarında hallandırılan, dövlətə külli miqdarda vergi borcu olan Seymur İsayevin rəhbəri olduğu şirkətə tikinti aparmaq üçün sərəncamı məhz o verib. Bu fırıldaqçı "iş adamları"nın insanları 8 ilə yaxındır süründürmələrinin səbəblərini Abdin Fərzəliyev yaxşı bilir. Məsuliyyəti həm də icra hakimiyyəti daşıyır, çünki bu, pilot layihədir.
Səngər tv-yə müraciət edən vətəndaşlar Respublika Baş Prokurorluğuna müraciət edib. Hətta bu şirkət bir evi 3 nəfərə satmaqda ittiham olunur. Şirkətin təsisçiləri Seymur və Samir İsayev qardaşlarının, Taleh Abbasovun adı çox ciddi hadisələrdə hallanır. Faktlar dəqiqləşdiriləndən sonra bu barədə ölkə başçısına müraciət olunacaq.
Bizə müraciət edən vətəndaşlar Bakı meriyasına dinc aksiya keçirmək və dərdlərini Prezident İlham Əliyevə çatdırmaq üçün müraciət edəcəklərini bildirdilər.
Mövzu ilə bağlı daha ətraflı yaxın günlərdə əlavə məlumatlar veriləcək.
1) Seymur İsayev sakinlərə "atdığı pullarla" Türkiyədə hansı restoranı alıb?
2) Taleh Abbasovun Bakıda milyonluq mülkləri olduğu halda vətəndaşların pullarını niyə vermir?
3) Zərərçəkən vətəndaşların 11 nəfərinin şikayəti əsasında cinayət işi açılıb.
4) Abdin Fərzəliyev bu işdə yaxasını niyə kənara çəkir? Onun "sağ əli" deyilən Nurlan Həsənovun Seymur İsayevlə hansısa bizsnesi varmı? Seymur İsayevin dediyinə görə...
5) Elgün Həbibullayev niyə vətəndaşların problemlərini aidiyyatı orqanlara çatdırmır?
6) Eldar Əzizov niyə zərərçəkən vətəndaşları "yola verməklə" işini bitmiş hesab edir?
İllərlə kirayə pullarını ala bilməyən, mənzilləri yarımçıq qalan vətəndaşlar çıxış yolunu Nərimanov və Abşeron rayon icra hakimiyyəti binasının qarşısında dinc aksiya keçirib aidiyyatı orqanların diqqətini bu məsələyə cəlb etməkdə görürlər.
Mövzu ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcək!
Azia.az blogu