azia.az
azia.az

Qaz sayğacları BU HALLARDA əlavə pul yazı-DİQQƏT

20-02-2024, 08:58

Havaların soyuması, soyuq qış ayları evləri isitmək problemini gündəmə gətirir. Paytaxtda, eləcə də bölgələrdə əhalinin çoxu evini qaz sobaları ilə qızdırır. Lakin qaz sobalarının istifadəsindən sonra müxtəlif problemlər meydana çıxır, hətta insanlar ölüm təhlükəsi ilə üz-üzə qalırlar. İnsanlar çox zaman ucuz olduğu üçün qeyri-standart sobalardan istifadəyə üstünlük verir.

 

 

 

Bəs bu sobaların nə kimi mənfi cəhətləri var?

 

 

 

Mövzu ilə bağlı Sfera.az-a danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, qaz cihazları quraşdırılan zaman, onların keyfiyyət sertifikatlarının olmasına xüsusi diqqət yetirmək lazımdır.

 


 

 

“Bu sertifikatları sobaların satıldığı yerlərdən almaq mümkündür. Vətəndaş istənilən avadanlığı alarkən onun pasportunun olub-olmamasına xüsusi diqqət yetirməlidir. Vətəndaşın sertifikatlı soba alması təhlükəsizliyin tam təminatı demək deyil. Sobaları aldıqdan sonra, onun quraşdırılacağı məkanla uyğunluğu yoxlanılmalıdır. Tüstü bacalarının mövcudluğu təhlükəsizliyin təminatı hesab olunur”.

 

 

Ekspert bildirib ki, hələ də kustar üsulla quraşdırılmış tüstü bacalarına rast gəlmək olur.

 

 

 

“Tüstü bacası olmayan evlərdə qaz sobaları quraşdırılmamalıdır. Bu bacalar divarın içərisindən çıxarılmalı və damdan 10 metr hündürlükdə olmalıdır. Normal tüstü bacasının olmaması, pəncərələrdən kustar üsulla çıxarılan tüstü bacaları dəm qazına səbəb olur. Qaz sobaları qaz sərfiyyatını da artırır. Saatlıq qaz sərfiyyatının miqdarı pasportun göstəricilərinə uyğun olur. Lakin pasportu olmayan qaz sobalarında bu göstərici gözlənilmir. Bu isə maliyyə itkisinə və qaz sərfiyyatına səbəb olur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi