azia.az
azia.az

2023-cü ildə verilmiş güzəştli kreditlərin müvəkkil kredit təşkilatları üzrə bölgüsü

25-01-2024, 09:53


 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları vasitəsilə 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat ayırıb. 

Ötən il sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Aqrarkredit" QSC BOKT, "AccessBank" QSC və "Yelo Bank" ASC fərqlənib. 

2023-cü ildə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Paşa Bank" ASC, "Rabitəbank" ASC və "Expressbank" ASC daxildir. 

Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Bu kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir. Müvəkkil kredit təşkilatlarının tam siyahısı Fondun rəsmi internet saytında (edf.gov.az) yerləşdirilib.  

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi