MEK əməkdaşları ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurublar
Mərkəzi Elmi Kitabxananın bir qrup əməkdaşı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kitabxanasının təşkil etdiyi ixtisasartırma proqramında iştirak ediblər.
Proqram “Kitabxana kolleksiyalarının mühafizəsinin əsasları” və “Kitabxana fondunun təhlükəsizliyi” mövzularında keçirilib və ümumi olaraq iki ay müddətində davam edib.
Proqramın keçirilməsində əsas məqsəd kitabxana fondlarının təhlükəsizliyini təmin etmək üçün kadrların peşəkar səriştələrinin formalaşdırılmasıdır.
MEK-in direktor müavini, dosent Şəhla Tahirqızı, elmi katib Şəbnəm Rüstəmova, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova sözügedən kursları uğurla başa vuraraq sertifikatla təltif ediliblər.