azia.az
azia.az

MEK əməkdaşları Şamaxıya ezam olunub

25-12-2021, 23:47


MEK əməkdaşları Şamaxıya ezam olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə MEK əməkdaşları kitabxana haqqında Şamaxı elm, təhsil, mədəniyyət ictimaiyyətini məlumatlandırmaq, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Kitabxanasının fəaliyyətinə təklif, tövsiyələr vermək məqsədilə dekabrın 23-24-də Şamaxı şəhərinə ezam olunublar.
Səfər zamanı MEK əməkdaşları Şamaxıdakı Türk Şəhidliyini ziyarət edərək, şəhidlərin ruhunu dərin ehtiramla yad ediblər. ŞAR Elmi Kitabxanasına səfər əsnasında MEK-in İcraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova, Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərzadə, Xidmət şöbəsinin müdiri Ofelya Yunusova Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, mövcud bazaları, fondları haqqında, eləcə də MEK-də həyata keçirilən yeniliklərlə bağlı həmkarlarına geniş məlumat veriblər. Eyni zamanda, Rəsədxana kitabxanasının iş rejimi və fəaliyyəti, kitabxananın tarixi, mövcud fondlarının tərkibi, texniki avadanlıqları ilə yaxından tanış olublar. MEK əməkdaşları Rəsədxana kitabxanasına ədəbiyyatın qəbulu, kataloq-kartateka sisteminin davamlı şəkildə işlənməsi, inventar kitabının yazılması, ədəbiyyatın qəbulundan sonra texniki işlənməsi məsələləri, həmçinin İRBİS proqramında elektron bazanın yaradılması ilə bağlı tövsiyələrini bölüşüblər.
Dekabrın 24-də MEK əməkdaşları tərəfindən səfər çərçivəsində Şamaxıda Heydər Əliyev Mərkəzi də ziyarət edilib, tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Eyvazova rəhbərlik etdiyi qurumun müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin, onun irsinin layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlərin, qazandığı nailiyyətlərin təbliği yolundakı fəaliyyətlərindən danışıb. MEK əməkdaşları tərəfindən Prezident İlham Əliyevin 18 illik fəaliyyətinə həsr olunmuş videoçarx izlənildikdən sonra müzəffər Ali Baş Komandan haqqında çıxışlar edilib.
Tədbirdə Şəhla Tahirqızı, Mübariz Göyüşlü, Röksanə Səfərzadə tərəfindən müasir tələblərə cavab verən Mərkəzi Elmi Kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra İlham Əliyev haqqında MEK-in fondlarında olan kitablar, həmçinin, Misir Mərdanovun Prezidentin 60 illiyinə həsr edilmiş “Zəfərə aparan yol kitabı” Mərkəzə təqdim olunub.
Daha sonra qonaqlara şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadənin rəhbərlik etdiyi MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondu barədə məlumat verilib, fondu tanıdan videoçarx nümayiş olunub. Cəmiyyətdə vətənpərvərlik hisslərinin aşılanması və Vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın ictimaiyyətə daha yaxından tanıdılması baxımından fondun çox əhəmiyyətli olduğu bildirilərək, Şamaxı şəhidləri haqqında məlumatların da fonda təqdim edilməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirə əsnasında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şamaxı şəhidlərinə həsr olunmuş kitabların MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna təqdim ediləcəyi diqqətə çatdırılıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]

MEK əməkdaşları Şamaxıya ezam olunub
MEK əməkdaşları Şamaxıya ezam olunub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi