azia.az
azia.az

HAKİMİN intihar səbəbi məlum olub-TƏFƏRRÜAT

30-08-2023, 08:28

Azia.az bildirir ki, Bakupost.az mərhum hakimin yaxın ətrafından intiharın əsl səbəblərini öyrənə bilib.

Məlum olub ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R. Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir.

Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Hətta bundan əvvəl də intihara cəhd etdiyi bildirilir.

R. Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, R. Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq canına qıyıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi