azia.az
azia.az

​AMEA prezidenti türkiyəli həmkarlarına başsağlığı verib Bakı şəhəri6 fevral 2023-cü il

6-02-2023, 15:41


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Müzəffər Şəkərə, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgenə və Türkiyə Elm və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) rəhbəri, professor Hasan Mandala qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı başsağlığı məktubları göndərib.

Məktublarda deyilir:

Qardaş Türkiyə Respublikasında baş vermiş, böyük insan tələfatı və dağıntılarla nəticələnmiş zəlzələ bizi hədsiz dərəcədə sarsıtdı. 

Dəhşətli zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik.

Qardaş Türkiyənin kədəri bizim kədərimizdir. Bütün xalqımız kimi, AMEA-nın kollektivi də həmişə Sizinlə həmrəydir, daim Sizin yanınızdadır.

Dərin kədər hissi ilə

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli”

 

AMEA Rəyasət Heyəti aparatının

Media və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi