azia.az
azia.az

"Türkiyəni darmadağın edərik" - yunan nazir Ankaranı hədələdi

30-01-2023, 09:22

"Mən Ərdoğana deyirəm ki, Yunanıstanla qarışa bilməzsən. Mitsotakis gəlib Silahlı Qüvvələri gücləndirdi. Torpedalar aldıq, freqatlar sifariş etdik, Fransa və ABŞ ilə ittifaq bağladıq".

Qeyd edək ki, 2022-ci il Yunanıstan üçün silahlanma ili olub. Bir çox silah sövdələşməsinə imza atan Afina rəhbərliyi bir tərəfdən açıqlamaları ilə Türkiyəni hədəf alır, digər tərəfdən isə hərbi texnikalara milyardlarla dollar xərcləyir.

Yunanıstan silahlanmaya 2019-cu ildə 500 milyon, 2020-ci ildə 530 milyon, 2021-ci ildə 2,52 milyard avro xərclədiyi halda, 2022-ci ildə bu rəqəm 3,37 milyard avroya çatıb.

Afina administrasiyası 2019-cu ilin iyul ayından bəri 172 silahlanma proqramı üçün 14,4 milyard avro dəyərində müqavilə imzalandığını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi