azia.az
azia.az

Ukraynada həbs olunan qazi Misir Qasımlı səfir Elmira Axundovaya etiraz etdi - VİDEO

30-10-2022, 23:09

Vətən müharibəsi iştirakçısı, Misir Qasımlı oktyabr ayının 28-də keçirilən məhkəməsi ilə bağlı medianı məlumatlandırıb.

Misir Qasımlı adından yalanlar uydurduğunu deyib.
“Mənim adımdan başqa söz danışırlar.Ayıb olsun sizə.Qeyrətiniz çatırsa sübutla qarışıma çıxın.Dalımca danışmayın.Mən türkəm.Xalqımı, dövlətimi sevirəm. Azərbaycan Xalqına, Azərbaycan Prezidentinə görə istənilən vaxt canımdan keçməyə hazıram.

Mən bilirəm ki, Prezidentimiz mərd insanları xoşlayır.Məni həbs, yaxud ölümlə heç kim qorxuda bilməz. Haqq ədalətin dalınca gedirəm, gedəcəyəmdə.

Misir Qasımlı Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovadanda şikayətlənib.

“Heç vaxt qoymaram ki ,bizim konsulluğumuza , diplomatlarımıza hörmətsizlik eləsinlər .Mən sizin diplomatlarınızı qoruyuram .Mən məcbur etdim məhkəmə üzr istədi.Ancaq siz nə etdiniz ?Sözüm səfir Elmira xanımadır .Öz işinizi düzgün icra etmirsiniz .Sizin yerinizdə mən utanıram .Anamı ,bacımı qapıdan qovub ,zənglərə cavab vermirsiniz .Bu haraya qədər gedəcək ?”

Vətəndaşımız dünən ki, məhkəmə prosesindəndə danışıb.

“Dünən məhkəmə oldu.Hansısa şəhərdən şahid gətirmişdilər.5-6 cümlə yalan danışdı.Hamısıda ortaya çıxdı.Özü boyuna aldıkı o insanı tanımır, həmən vaxtı hadisə yerində olmayıb, nə vaxtsa bir yerdə oturublar. Sonra zərərçəkmiş şəxsi qoşdular.Oda başladı yalan danışmağa.Özüdə bilmədən etiraf etdi ki, polislər buna pul veriblər ki, mənim üzümə qalsın. Onu deyəndən sonra hakim çöndü, məhkəməni dayandıraraq,ayın 1 davam edəcəyini dedi .”

Yenigundem.az



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi