azia.az
azia.az

Bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi sayır - Paşinyan

29-10-2022, 17:51

Qərb ölkələrinin Qarabağ məsələsinin həlli ilə bağlı təklifləri Ermənistan üçün qəbuledilməz deyil.

Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan partiyasının qurultayında deyib.
 
O əlavə edib ki, bir neçə təklif var. Birinciyə əsasən, Qarabağ məsələsinə diqqət yetirmədən Ermənistan-Azərbaycan məsələsinin tənzimlənməsi və hazırkı status-kvonun saxlanılması təklif olunur.
 
"Başqa bir yanaşma ondan ibarətdir ki, gəlin, Qarabağ məsələsini həll edək. Amma bu halda sual yarana bilər ki, bu tərəflərdən hansı onu Azərbaycanın tərkib hissəsi hesab edir, hansı etmir", deyə baş nazir bildirib.


Paşinyan əlavə edib ki, dünya ictimaiyyəti, bütün ölkələr istisnasız olaraq Qarabağı Azərbaycanın bir hissəsi hesab edirlər.
 
Sülhün bərqərar olmasına gəlincə, Paşinyan qeyd edib ki, əvvəlcə hansı fövqəldövlətlərin sazişlərin həyata keçirilməsinə zəmanət verdiyini və sülhün yaradılmasına kömək etdiyini başa düşmək lazımdır.

Xatırladaq ki, bir müddət əvvəl "Valday” klubunun iclasında Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda Qərbin vasitəçilik fəaliyyətinə toxunaraq bildirmişdi ki, sülh müqaviləsinin "Vaşinqton variantı” Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur.

"Moskvanın özü Ermənistana heç nə diktə edə bilməz və etməyəcək də” deyən Vladimir Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir, Moskva "Azərbaycanın maraqlarını nəzərə alaraq” Ermənistanın özünün nə təklif edəcəyinə diqqət yetirəcək.

Oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə nizamlanma problemləri müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi