azia.az
azia.az

Rusiyadan növbəti TƏXRİBAT: "Qarabağ müstəqil dövlət kimi ..."- FOTO

29-10-2022, 10:54

Rusiyanın dövlət telekanalı olan "Rossiya24" tərəfindən Azərbaycan Respublikasının suverenyliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat törədilib.

Xəbər verilir ki,  28 oktyabr tarixində Moskva vaxtı ilə saat 17:31-17:33-də bu Kreml telekanalının xəbərlər proqramının efirində növbəti dəfə Azərbaycan Respublikasının hüquqi-inzibati ərazi bölgüsü təhrif edilib. Belə ki, aparıcı Rusiya rəhbərliyinin Qarabağ məsələsinə münasibətini şərh edərkən  kadrlarda 17:31-32-də  Xankəndinin erməni əski parçaları ilə bəzədilmiş küçələri fonunda da üst-üstə təxminən yarım dəqiqə ərzində "Dağlıq Qarabağ Respublikası" yazısı, 17:33-də isə Azərbaycan torpağındakı separatçı-terorçu rejimin keçmiş üzdəniraq rəhbəri Bako Saakyanın oktybaırn 27-də İrəvanda Rusiya-Ermənistan "Lazarev" klubundakı çıxışından sitat təqdim edilərkən həmin separatçının görüntüsünün altında "Artsax prezidenti (2007-2020)"  yazısı görünüb.


Xatırladaq ki, son günlər ölkəmizə qarşı oxşar təxribatlar Rusiyanın bir sıra dövlət və özəl sayılan kanalları tərəfindən də törədib.///moderator


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi