azia.az
azia.az

Azərbaycan vətəndaşı Bolqarıstana qaçaq yolla dərman apararkən saxlanıldı

25-10-2022, 07:55

Bolqarıstanın gömrük postunda Azərbaycan vətəndaşının qaçaqmalçılıq yolu ilə dərman vasitələri keçirməsinin qarşısı alınıb.

Qeyd edilir ki, ölkə gömrükçüləri Azərbaycan vətəndaşına məxsus qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlayıblar.

Bolqarıstanın “Kapitan Andreevo” gömrük postunda 3 nəqliyyat vasitəsinə baxış zamanı ümumi dəyəri 150 min levdən (Bolqarıstanın pul vahidi-red) çox olan qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkar edilib.

Ən çox dərman vasitəsi iki sürücü və 17 sərnişinin olduğu, Türkiyədən Bolqarıstan vasitəsilə Ukraynaya gedən keçid məntəqəsində avtobusda aşkarlanıb. Türkiyənin qeydiyyatına məxsus avtobusun yük yerinə baxış zamanı içərisində müxtəlif sayda həblər, ampulalar, flakonlar və s. blisterlərlə doldurulmuş 5 qutu aşkar edilib.

Aşkar edilmiş dərmanlar kommersiya həcmindədir, müxtəlif təyinatlıdır. Yerli mətbuatın iddiasına görə avtobusa baxış zamanı məlum olub ki, dərmanlar sərnişinlərdən birinə, Azərbaycan vətəndaşına məxsusdur.report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi