azia.az
azia.az

“WhatsApp”da yeni funksiya

24-10-2022, 12:16


Android üçün "WhatsApp" messencerinin 2.22.23.12 beta versiyasında şəxsi çatlarda sorğular yaratmaq imkanı peyda olub.

Bundan əvvəl qrup söhbətlərində oxşar funksiya tətbiq olunub. İndi isə artıq şəxsi yazışmalarda da sorğular yaratmaq mümkündür.

Azia.az  oxu.az-a istinadən xəbər verir ki, sorğunun interfeysi və funksionallığı qrup çatlarında olduğu kimi qalıb. İstifadəçilər 12 cavab variantını özündə birləşdirən sorğu yarada bilərlər.

Məlumata görə, qrup və şəxsi çatlarda sorğular şifrələnir. Odur ki, hətta tərtibatçılar belə bu və ya digər cavabı seçmiş istifadəçiləri müəyyənləşdirə bilməyəcəklər.

Hazırda yenilik beta test mərhələsindədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi