azia.az
azia.az

Laçın hava limanında görülən işlər açıqlanıb - RƏSMİ

19-10-2022, 16:02


Laçın hava limanında torpaq işləri görülür.

Day.Az xəbər verir ki, bunu bu gün Bakı Ekspo Mərkəzində Trend-ə açıqlamasında "AzVirt" MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, mürəkkəb relyefinə görə Laçında torpaq işləri çox vaxt aparır.

"Laçın coğrafi mövqeyinə görə mürəkkəb ərazi sayılır. Hesab edirik ki, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlləri Laçın hava limanında şirkətimiz tərəfindən görülən işlər yekunlaşacaq. Bütün işlərin vaxtında başa çatdırılması üçün var gücümüzlə çalışırıq.

C.Səfərov bildirib ki, şirkət hava limanlarının tikintisində əsas üç istiqamətdə işləyir.


"Bunlar uçuş enmə zolağı, perronun sahəsi və yönəldici yollardır", - deyə o, qeyd edib.

Qeyd edək ki, Laçın hava limanı azad olunmuş ərazilərdə tikilməkdə olan 3-cü aeroportdur. 2021-ci il oktyabrın 26-da Füzuli hava limanının rəsmi açılışı olub, sabah isə Zəngilan aeroportunun açılışı gözlənilir. Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi