azia.az
azia.az

“Sən Vətənə bənzəyirsən” kitabı dərc olundu

30-09-2022, 17:05



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "DSD” İB-nin "Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində kitab dərc olunub. Kitab "Sən Vətənə bənzəyirsən” adlanır. 

Kitabda Azərbaycanın tanınmış qələm adamlarından xalq şairi Sabir Rüstəmxanlının, Mahirə Nağıqızının, Baba Vəziroğlunun, Musa Ələkbərlinin, Xanım İsmayılqızının, Rəşad Məcidin, Vasif Süleymanın, Qəşəm Nəcəfzadənin, Elçin Mirzəbəylinin, Şahin Musaoğlunun, Ramiz Qusarçaylnın, Kamilə Abıyevanın, Əbülfət Mədətoğlunun və digərlərinin vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb.

Kitabda yer alan şeirlərin məzmun və ideyası gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu oynayır.

Xatırladaq ki, "Maarif” nəşriyyatında dərc olunan kitabın tərtibçiləri Faiq Balabəyli, Vasif Süleyman, Kəmalə Səfərli, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.

Qeyd edək , "Sən Vətənə bənzəyirsən” kitabı bu il "DSD” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Onlar qəhrəmandır” kitabından sonra nəşr etdirdiyi ikinci kitabdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi