azia.az
azia.az

Polimer Materialları İnstitutunda Anım Gününə həsr olunan iclas keçirilib

28-09-2022, 07:46




 

Bu gün Polimer Materialları İnstitutunda Elmi şuranın 27 sentyabr Anım Gününə həsr olunan iclası keçirilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq bugünkü iclasın Anım Gününə həsr olunduğunu bildirib. Bəxtiyar Məmmədov vurğulayıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımıza sancan, ölkəmizin ərazi bütövlüyü yolunda özlərini sipər edən hərbi qulluqçularımıza və canlarından keçən şəhidlərimizə dərin ehtiram və minnət əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.  

Daha sonra institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev, elmi katib kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva, Polimerlərin mexaniki-kimyəvi emalı və modifikasiyası laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov və Beynəlxalq əlaqələr və  qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək 2020-ci ilin sentyabrın 27-sində Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında əks-hücuma keçdiyini, beləliklə, 2-ci Vətən müharibəsinin başlanıldığını bildiriblər. Çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanın uzaqgörən siyasəti və xalqımızın qətiyyəti nəticəsində tariximizə qızıl hərflərlə yazılan 44 günlük zəfər tarixi, Azərbaycan Ordusunun qəhrəmanlığının dünyaya səs salması, Ali Baş Komandanın müntəzəm olaraq xalqa müraciət etməsi, dünya KİV-in nümayəndələri ilə görüşməsi və bunun kimi uğurlu addımların xalqı ayağa qaldırdığını, onu yumruq kimi sıx birləşdirdiyini qeyd ediblər. 

İclasdan sonra Polimer Materialları İnstitutunun rəhbərliyi və əməkdaşları Sumqayıt Şəhidlər Xiyabanını ziyarət ediblər.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi