azia.az
azia.az

Şəhid anası: "Qurban kəsdiyim yerdə zəng gəldi ki, oğlun şəhid oldu" - VİDEO

25-09-2022, 21:59




44 günlük Vətən müharibəsinin qəhrəmanı, evin yeganə övladı Nicat Tarverdiyevin anası Şükran Faxruhqızı oğlunun şəhidlik məqamından danışıb. 

Xəbər verilir ki, ARB kanalına danışan ana "Oğlum 1998-ci il Bakıda doğulub. 3 yaşında ona hərbi forma almışdım, inanın ki, onu əynindən çıxarmırdı. Hələ də o geyimi saxlayıram. Nicat deyirdi ki, onu oğluna saxlayacaq. Deyirdi ki, mənim rütbəm olacaq, insanlar mənə hörmət edəcəklər, salam verəcəklər. Bu gün hamı kiçikdən böyüyə onun məzarının yanından keçərkən ona salam verir. O, həmişə həyatda bunu arzulayırdı", -deyib.


Şəhid anası iştirak etdiyi verilişdə oğlunun şəhid olmasından danışarkən hər kəsi qəhərə boğub: "Nicat hər gün  mənimlə danışırdı. 8 noyabrda Şuşanın alınması uğrunda döyüşlərdə onunla son danışığım oldu. Səhər ayıldım və ilk qurbanımı kəsməyə getdim. Bu zamana mənə zəng etdilər ki,  oğlunuz şəhid olub". 

Qeyd edək ki, Nicat Tarverdiyev noyabrın 9-u 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Suqovuşan uğrunda göstərdiyi şücaətə görə medalla təltif olunub. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi