azia.az
azia.az

Rusiya kimyəvi silahdan istifadə etdi

24-09-2022, 09:30


Ukrayna Silahlı Qüvvələri: "Rusiya ordusu döyüş mövqelərimizə zəhərli maddə atıb"

“Rusiya ordusu drondan istifadə edərək Ukrayna hərbçilərinin döyüş mövqelərinə içərisində zəhərli maddə olan konteynerlər atıb”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığından bildirilib.

Əraziyə K-51 xloropikrin qumbarası atıldığı ehtimal edilir:

“İtki yoxdur, kritik durum yaranmayıb”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək ölkədə 7 mindən çox dinc sakin həlak olub, 5 min 500 nəfər isə yaralanıb.

Xatırladaq ki, xloropikrin zəhərli maddə olduğuna görə, onu yalnız müvafiq icazə ilə tətbiq etmək olar.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi