azia.az
azia.az

27 il sonra Rusiyada tapdığı qardaşı onu evinə buraxmadı - VİDEO

23-09-2022, 15:29



ARB telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən günkü buraxılışında təəccüblü anlar yaşanıb. 

Xəbər verilir ki, Quba sakini olan Gülnaz adlı xanım itkin düşdüyü deyilən qardaşını tapmaq üçün proqrama müraciət edib.

Onun 27 ildir itən qardaşı Rusiyada tapılıb. Gülnaz çəkiliş heyəti ilə birlikdə qonşu ölkəyə yollanıb. Qardaşı Səfərlə görüşən bacısı gözləmədiyi hadisə ilə qarşılaşıb.

Belə ki, 27 il sonra tapdığı qardaşı Səfər onu evinə buraxmayıb. O "Nəvəm evdədir, yatıb" deyərək bacısını evinə qoymayıb.

Daha sonra Gülnaz qardaşını onunla Azərbaycana gəlməsini və ata-anasının məzarını ziyarət etməsini xahiş edib. O isə burada ailəsi, nəvəsi olduğunu və Azərbaycana gələ bilməyəcəyini deyib. 

Sözügedən görüntülər studiyada nümayiş olunub. Verilişdə iştirak edən ekspertlər baş verənlərə qarşısında təəccübləniblər. Onlar Səfərin arvadından qorxaraq bu addımı atdığını bildiriblər.

Ətraflı videoda: 


Zöhrə Pənahi


VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi