azia.az
azia.az

Xeyrəddin Qoca: “Şəhidlərimizin qanı soyumamış şadlıq edənlərə nə ad verək?”

20-09-2022, 20:42



“Şəhidlərimiz var! Ürəklərimiz qan ağlayır! "Demokrat. Az” saytının əməkdaşı zəng vurub xahiş edir ki, şəhid ata-analarının və bütün xalqımızın göz yaşları axıtdıqları, qəlbimizin sızıldadığı belə bir vaxtda böyük, kiçik toy edənlərə, şadlıq məclisləri quranlara münasibətim necədir? İndi özünüz düşünün, mənim bu etinasızlığa,  eybəcərliyə, qanı soyuqlara münasibətim necə ola bilər?!  Millətimizin qəlbi genişdir, belə məclislərin sahiblərinə həmişə xeyir-dua verərlər, təbrik edərlər, bəxşişlər gətirərlər, xoşbəxtlik arzulayırlar... Amma belə məclislər əmin-amanlıq dövründə keçirilsə... İndi şəhidlərimizin qanı soyumamış şadlıq edənlərə nə ad verək? Siz bu millətdən deyilsinizmi? Sizin heç öləniniz, itəniniz yoxmu? Yanan ürəyiniz də yoxdur?”

Bu fikirləri yazıçı, publisist, sabiq deputat Xeyrəddin Qoca Demokrat.az-a açıqlamasında bildirib.

“Yutubda təzə (bəlkə çoxdan olub?) evlənən iki gənci gördüm. Şəhidlər xiyabanına (rayonların birində) gəldilər. Gəlin də, bəy də şəhidlərin qəbrlərinin üstünə qərənfillər düzdülər. Ürəyim parçalandı! Orada bir neçə şəhid anası da vardı. Onlardan biri gəlinə xeyir-dua verdi, qızıl üzük bağışladı. Dediyindən məlum oldu ki, evlənən oğlan şəhidin qardaşıdır... Allah hamımıza səbr versin!

Amma, insanlar, xahiş edirəm, etinasızlıq etməyin! Şəhidlər Vətən torpağı üçün, bizim yaşamağımız üçün canlarını fəda ediblər! "Elnən gələn dərd toy-bayram olar" deyiblər. Amma ata-babalarımız onu deyəndə bu qədər dərdin-sərin içində toy-bayramı nəzərdə tutmayıblar! Hamımızın dərdi birdir, bir olmalıdır! Toy edənlər, şadlıq məclisləri quranlar, sizə deyirəm! Özünüzü eşitməməzliyə qoymayın! Eldən-obadan ayıbdır!”.

Aynurə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi