azia.az
azia.az

28 yaşlı prokuror niyə özünə qəsd etdi?

18-09-2022, 08:15



Türkiyənin Batman şəhərində 28 yaşlı prokuror Əbdül Səməd Yılmaz intihar edib.

 

Azia.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təxminən 2 ay əvvəl Batmanın Gercüş rayonuna təyin olunmuş prokuror günorta saatlarında ədliyyə binasındakı evində tapança ilə başına atəş açıb.

 

Hadisə yerinə səhiyyə əməkdaşları və polis qrupları cəlb edilib. Lakin bütün müdaxilələrə baxmayaraq, prokurorun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi