azia.az
azia.az

Bu meyvə artritin qarşısını ala bilər

17-09-2022, 08:10



Alimlər siçanlar üzərində apardıqları təcrübədə nar ekstraktının artirin başlamasını yubatmaq və iltihabi prosesi azaltmaq təsirini sübut ediblər.
 
Day.Az "medicina.az"-a istinadən xəbər verir ki, milyonlarla insanın əziyyət çəkdiyi artrit və osteartritin qarşısını bir meyvə ala bilər.
 
Artrit çox zaman əl, ayaq oynaqları, diz, bilək, budları zədələyir.
 
Həkim terapevt İrina Andreyeva bildirib ki, narda olan polifenol, flavanoid, antosian oynaq qığırdaqlarına müsbət təsir edir.
Peroral olaraq narın qəbulu iltihabının qarşısını alır, artriti gecikdirir.
 
Ona görə alimlər nar və nardan alınan birləşmələrlə zəngin preparatın degenerativ iltihabi proseslərin qarşısını ala biləcəyini deyir.
 
Osteartritin ümumi simptonları:
 
- Oynaqlarda şişkinlik, qızartı
- Həssaslıq, ağrı
- Hərəkət zamanı narahatlıq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi