azia.az
azia.az

Şəhid Səbuhi Əhmədovun qardaşının açıqlaması ilə bağlı araşdırmaya başlanıldı - RƏSMİ

15-09-2022, 12:07


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir”, - cavabda deyilir.

Xatırladaq ki, Sənan Əhmədov ötən gün verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi